Ağadadaşdan Səmədə hədiyyə


Şou-biznes 25 Sen 2018 19:00:00 281 0

Ağadadaşdan Səmədə hədiyyə

Xalq artisti Ağadadaş Ağayev həmkarı Səməd Səmədova "Getmə" adlı mahnı hədiyyə edib

Son.az axşam.az-a istinadən xəbər verir ki, S.Səmədov deyib ki, bu hədiyyə onun üçün çox dəyərlidir: 

"Tanıyanlar bilir ki, dünya malında gözüm yoxdur. Həyatın hər üzünü görmüş insanam. Mənim üçün göstərilən diqqət daha önəmlidir. Sənət dostum Ağadadaşın bu hədiyyəsi mənə maşın, ev qiymətindən də bahalıdır. Çünki müğənni üçün ən gözəl hədiyyə elə mahnıdır".