Bakıda bir neçə marşrut xətti müsabiqəyə çıxarıldı


Digərləri 25 Sen 2018 18:44:00 244 0

Bakıda bir neçə marşrut xətti müsabiqəyə çıxarıldı

Bakıda 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyindən Son.az -a verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

Məqsəd "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı"nın müvafiq tələbinin icrasını təmin etməkdir.

Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.