Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək


Digərləri 25 Sen 2018 18:16:00 291 0

Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Bakı. Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.