Azərbaycanla İran arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib


Siyasət 25 Sen 2018 17:52:00 267 0

Azərbaycanla İran arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.