Neymar azyaşlı azarkeşə formasını hədiyyə edib


İdman 25 Sen 2018 17:56:00 267 0

Neymar azyaşlı azarkeşə formasını hədiyyə edib

Fransa Liqa 1-in 6-cı turu çərçivəsində keçirilən “Rennes” - PSG matçında maraqlı hadisə yaşanıb. Goal.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Neymar 90+1-ci dəqiqədə əvəzlənən zaman meydana bir uşaq daxil olaraq, ondan formasını istəyib. Uşaqla birlikdə meydanı tərk edən Neymar, sonda formasını ona hədiyyə edib. Sevincindən ağlayan uşaq, polislərin müşayiəti ilə meydanı tərk edib. “Rennes” - PSG matçı parislilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.