Lökbatanda abad məhəllədə əhali ilə görüş olub


Digərləri 25 Sen 2018 17:44:28 285 0

Lökbatanda abad məhəllədə əhali ilə görüş olub

“Açıq mikrofon”da 300-dən çox qəsəbə sakini iştirak edib.

Bakı. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə Şahin Xəlilov küçəsində yeni təmir edilmiş abad məhəllənin və 300 nəfərlik xeyir-şər evinin açılışı olub. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, “açıq mikrofon”da 300-dən çox qəsəbə sakini iştirak edib. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edibər. Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə başçısının yerli icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən dövlət proqramlarının icrası vəziyyətinə də toxunublar. Yeni salınmış abad məhəllə orada yerləşən çoxmərtəbəli bina sakinlərinin istifadəsinə verilib. Bu məhəllədə olan binaların 1100 kv.m dam örtüyü təmir edilib, 2000 kv.m asfalt örtüyü salınıb, 500 kv.m tamet, 4000 p/m bordür quraşdırılıb. Bloklarda 26250 kv.m, binaların fasadlarında 20000 kv.m emulsiya işləri görülüb, 46 ədəd küçə işıqları, 268 ədəd blok işıqları quraşdırılıb. 3 dəst uşaq meydançası, 6 ədəd kölgəlik burada yaşayan ailələrin asudə vaxtlarını keçirmək üçün quraşdırılıb. Binaların ətrafında 16 ədəd izləyici kameralar quraşdırılıb. Ətrafda yaşıllaşdırma işləri aparılıb, 5000 kv.m ərazi yaşıllaşdırılıb, ağac və gül kolları əkilib.