Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 91ci mövsümə "Leyli və Məcnun" tamaşası ilə başladı


Kriminal 25 Sen 2018 17:32:00 480 0

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 91ci mövsümə "Leyli və Məcnun" tamaşası ilə başladı

Sentyabrın 22-də Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub. Həmin gün saat 14.00-da balaca tamaşaçılara üçün "Şirinlər", saat 19-da isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub.

Son.az xəbər verir ki, "Şirinlər" tamaşasından öncə Teatrın uşaqlar və yeniyetmələrlə iş üzrə əməkdaşı, əməkdar artist Ötkəm İskəndərov balaca tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı səhnə əsərlərindən söz açıb. Daha sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın növbəti tamaşasına dəvətnamə ilə mükafatlandırılıb.

Uşaqlar "Şirinlər"i böyük sevgiylə qarşılayıblar, rəqslər və şən zarafatlar balacaları xeyli əyləndirib.

"Leyli və Məcnun" tamaşasından öncə isə Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bu mövsümün teatrın həyatında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Bilirsiniz ki, bu il teatrımızın 90 illik yubileyini qeyd edəcəyik. Ölkə Prezidentinin bununla bağlı sərəncamı var və  ilin sonuna yubiley tədbiri planlaşdırılır. Həmçinin bu yeni mövsümdə tamaşaçıların qarşısına yeni səhnə əsərləri ilə də çıxacayıq. Bu gün dahi Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərini sizlərə yeni və müasir bir quruluşda təqdim edirik. Klassik əsərlərə tamaşaçının maraq göstərməsi son dərəcə sevindiricidir."


Xəbərə aid fotolar