“Evli qadını evə apararaq cinsi əlaqədə olub”


Digərləri 25 Sen 2018 17:28:00 283 0

“Evli qadını evə apararaq cinsi əlaqədə olub”

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahidlər dindirilib. 

Hüseyn Vəliyev mərhum Rafət Feyziyeva ilə "İnstagram"da tanış olduğunu deyib:  "Mənə mesaj yazıb iş yoldaşım Rövşəni soruşdu. Rövşənin onu şantaj etdiyini dedi, mən də ona hesabını bağlamasını məsləhət gördüm". 

İstintaq materiallarından məlum olub ki, H.Vəliyev mərhum Rafətə kömək edəcəyini söz verərək onunla münasibət yaradıb və onu özünün ikinci evinə dəvət edərək cinsi əlaqədə olub. 

İttihama görə, sosial şəbəkələrdə mərhum Rafət Feyziyevanın fotosu yayılaraq pul müqabilində kişilərlə görüşdüyü yazılıb. 

R. Feyziyeva isə həmin zaman ünsiyyətdə olduğu Rövşən Rəsulovdan şübhələnib və onun barəsində polisə şikayət edib.