Azərbaycanda nikahlarının 5 ili tamam olmayanlar daha çox ayrılırlar


Digərləri 25 Sen 2018 17:03:46 229 0

Azərbaycanda nikahlarının 5 ili tamam olmayanlar daha çox ayrılırlar

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər. Trend-in məlumatına görə, ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub. Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin niikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir. 2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib. Ötən il 14 514 nəfər boşanmış qadının 6424-ü, yaxud 44,3 faizi 15-29 yaşlıların payına düşüb. Bu qadınların 2-si 15-17 yaşlı, 161-i 18-19 yaşlı, 2458-i 20-24 yaşlı, 3803-ü 25-29 yaşlı olub.