Bakı Şəhər Halqası Akademiyası gənclər üçün karyera yarmarkası təşkil edir


Digərləri 25 Sen 2018 16:55:00 310 0

Bakı Şəhər Halqası Akademiyası gənclər üçün karyera yarmarkası təşkil edir

Bakı Şəhər Halqası (BŞH) Akademiyası oktyabrın 5-də gənclərə dəstək olmaq üçün karyera yarmarkası təşkil edəcək. Bununla əlaqədar olaraq Akademiya karyera yarmarkasına qeydiyyatın başlanıldığını elan edir.

BŞH-dən Son.az-a verilən məlumata görə, yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkətlər və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edəcəklər. Eyni zamanda yarmarkanın keçirildiyi müddətdə peşəkar təlimçilər tərəfindən gənclər üçün müxtəlif mövzularda master klasslar keçiriləcəkdir. Master klasslar düzgün CV hazırlamağın yolları, müsahibəni uğurla keç, öz karyeranı qur və bu kimi başqa mövzuları əhatə edəcək.           

Karyera yarmarkasında iştirak bütün gənclər üçün nəzərdə tutulub və aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçmələri xahiş olunur. Akademiya iştirakçı yerləri məhdud olduğuna görə gənclərə aşağıdakı elektron ünvanda qeydiyyatdan keçməyə tələsməyi tövsiyyə edir.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeCv_dVphWsk31VruRfyJ_yhZXn6qMqh2daKHuxKb23Uqx_3A/closedform