Bakıda bir neçə marşrut xətti müsabiqəyə çıxarılıb


Digərləri 25 Sen 2018 16:55:00 287 0

Bakıda bir neçə marşrut xətti müsabiqəyə çıxarılıb

Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.

Bakı. Bakıda 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub. Məqsəd “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir. Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.