Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə olunub


Digərləri 25 Sen 2018 16:50:00 237 0

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.