Yıxılan uşağın başı "Şeytan çarxı"na ilişdi,


Dünya 25 Sen 2018 16:26:00 693 0

Yıxılan uşağın başı "Şeytan çarxı"na ilişdi,

Şeytan çarxı karuselində yenə qorxulu anlar yaşanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Taizhou şəhərindəki Yuhuan Parkda şeytan çarxına tək minən uşaq karuseldən yıxılarkən boynundan asılı vəziyyətdə qalıb.

40 metr yüksəklikdə boynundan asılı vəziyyətdə qalan uşağın bəxti gətirib ki, yerə düşməyib. O, yerə düşsə, sağ qalma ehtimalı yox idi.

Həmin anlar mobil telefonla kameraya çəkilib.


Xəbərə aid fotolar