Ölkəyə saxta "botoks"lar gətirib satana hökm oxundu


Digərləri 25 Sen 2018 16:30:00 353 0

Ölkəyə saxta "botoks"lar gətirib satana hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə "botoks" kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı ilə məşğul olmaqda təqsirləndirilənlər İmran Abizadə və Zəkiyyə Qələndərova hökm oxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Abizadə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Z.Qələndərovaya isə şərti cəza verilib, o, azadlıqda qalıb. 

İttihama görə, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmetoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İrandan Azərbaycana Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan "Canotix 100 units" dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satıb.