AXA MBASK yeni "Qayğıkeş sahibkar" məhsulu buraxıb


Digərləri 25 Sen 2018 16:11:00 310 0

AXA MBASK yeni "Qayğıkeş sahibkar" məhsulu buraxıb

AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir.

Bakı. AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir. Şirkətdən Trend-ə verilən məlumata görə, bu dəfə şirkət könüllü tibbi sığorta sahəsində yeni məhsul hazırlayıb və öz müştərilərinə kiçik və orta biznes sahibləri üçün nəzərdə tutulmuş unikal "Qayğıkeş sahibkar" paketini təklif edir. Məhsulun əsas üstünlükləri optimal tibbi xidmətlərin seçimi, sadə və aydın təklif, cəzbedici qiymətdir. Məhsula həm ambulator, həm də stasionar yardım - yəni şirkət əməkdaşlarının korporativ könüllü tibbi sığorta sahəsində ən çox istifadə etdiyi seçimlər daxildir. Məhsulun əsasını funksionallıq, rahatlıq, keyfiyyət və əlverişlilik təşkil edir.