Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasında olub (FOTO)


Digərləri 25 Sen 2018 15:53:00 377 0

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasında olub (FOTO)

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib.

Bakı. Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib. Azərbaycan Cüdo Federasiyasından (ACF) Trend-ə verilən məlumata görə, ali cüdo qurumunun rəhbəri ACF prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub. Ziyarət zamanı M.Vizerə təlim-məşq bazasında Azərbaycanın yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib. IJF prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.