Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının keyfiyyətsizliyi ilə "Whatsapp"da yayılan məlumatlara münasibət bildirdi


Digərləri 25 Sen 2018 15:55:00 235 0

Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının keyfiyyətsizliyi ilə "Whatsapp"da yayılan məlumatlara münasibət bildirdi

Qida Təhlükəsizliyi Agentliyi "Whatsapp" mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumatlarla bağlı açıqlama verib.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyi "Whatsapp" mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumatlarla bağlı açıqlama verib. Agentlikdən Trend-ə bildirilib ki, həmin məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür".