Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxundu


Digərləri 25 Sen 2018 15:45:00 273 0

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Sərxan Mailli və Niyaməddin Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilənlər şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.