Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib FOTO


Digərləri 25 Sen 2018 15:49:00 254 0

Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib  FOTO

Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Oqtay Cəfərovla görüş keçirilib.

Son.az xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 85 illiyini qeyd edən veteran qələm sahibinin ölkə mətbuatının inkişafındakı xidmətlərindən söz açıb. O bildirib ki, rəhbərlik etdiyi qurumun tərkibindəki Ahıl Jurnalistlər Məclisinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" layihəsi ömrünü-gününü peşəyə sərf edən jurnalistlərin əməyinin dəyərləndirilməsi baxımından son dərəcə vacibdir. O.Cəfərov da keçdiyi ömür yolu peşə müstəvisində yüksək qiymətləndirilməli olan şəxslərdəndir. "Oqtay müəllim kimi insanlar daim diqqət mərkəzində saxlanılmalıdır. Çünki onlar peşəni həqiqətən də seviblər, ucaldıblar, hər zaman işlərinə, prinsiplərinə sadiq qalıblar. Eyni zamanda ziyalı kimi də cəmiyyətə nümunə olmağı bacarıblar", - deyən Ə.Amaşov O.Cəfərova Mətbuat Şurasının fəxri diplomunu təqdim edib. 

Görüşdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə, "Xalq qəzeti"nin baş redaktor müavini, əməkdar jurnalist Tahir Aydınoğlu, professor Tehman Əliyev, əməkdar mədəniyyət işçisi Rafiq Salmanov yubilyarı peşəkar jurnalist, cəsarətli qələm sahibi kimi səciyyələndiriblər. Onlar həmçinin O.Cəfərovun daim gənc jurnalistlərə dəstək olduğunu xüsusi məqam kimi vurğulayıblar. 


Xəbərə aid fotolar