Ronaldo və Messiyə nəsihət: "Məğlub olsan belə, qalibə hörmət etməlisən”


İdman 25 Sen 2018 15:22:00 320 0

Ronaldo və Messiyə nəsihət: "Məğlub olsan belə, qalibə hörmət etməlisən”

Real-ın sabiq baş məşqçisi Fabio Kapello, Kriştiano Ronaldo və Lionel Messinin FİFA-nın ilin ən yaxşıları ilə bağlı mükafatlandırma mərasiminə qatılmamasını pisləyib. Goal.az xəbər verir ki, Kapello İngiltərə mətbuatına açıqlamasında Ronaldo və Messinin hörmətsizlik etdiyini deyib:

“Ronaldo və Messinin mərasimə qatılmaması hörmətsizlikdir. Onlar bu mükafatı qazananda hər kəs mərasimdəydi. Uzun müddət idi ki, onlar qazanırdı. Uduzmaq istəməzdilər. Lakin məğlub olsan belə, qalibə hörmət etməlisən”.

Juventus-un futbolçusu Ronaldo, sıx oyun qrafikini əsas gətirərək, mərasimə qatılmamışdı. Messi isə şəxsi məsələlər səbəbindən mərasimə qatılmaqdan imtina etmişdi. İlin ən yaxşı futbolçusu Real-ın futbolçusu Luka Modriç seçilib.