Bakıda iranlı tələbəni öldürən şəxslərə


Digərləri 25 Sen 2018 14:27:00 303 0

Bakıda iranlı tələbəni öldürən şəxslərə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkd təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Natiq Babaverdiyev 20 il, Yunus Camallı 20 il, Pərvin Əlməmmədov 14 il, Zahid Dünyamalıyev 12 il, Ceyhun Talıblı 20 il və Rəşidə Seyidova 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ev dustaqlığında olan Rəşidə Seyidova məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Yunus Camallının 20 il, Natiq Babaverdiyevin 20 il, Pərvin Əlməmmədovun 15 il, Zahid Dünyamalıyevin 15 il və Ceyhun Talıblının 20 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Prokuror ev dustaqlığında olan Rəşidə Seyidovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbsə alınmasını tələb etmişdi.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.


Xəbərə aid foto