"Neftçi" və "Zirə"nin baş məşqçiləri 1, “Sumqayıt”ın çalışdırıcısı isə 10 oyun cəzalandırıldı


Digərləri 25 Sen 2018 14:29:16 322 0

"Neftçi" və "Zirə"nin baş məşqçiləri 1, “Sumqayıt”ın çalışdırıcısı isə 10 oyun cəzalandırıldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakı. AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend AFFA-ya istinadən məlumat verir ki, iclasda Premyer Liqanın V turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Sentyabrın 22-də “Zirə” - “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər bir məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur. Oyun sonrası mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasov hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.