Samsunda əməliyyat - İŞİD üzvləri saxlanılıb


Digərləri 25 Sen 2018 14:14:00 254 0

Samsunda əməliyyat - İŞİD üzvləri saxlanılıb

Türkiyənin Samsun vilayətində xüsusi əməliyyat keçirilib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Samsun vilayətində xüsusi əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 2 üzvü saxlanılıb. Bildirilir ki, saxlanılanların evlərinə baxış zamanı oradan həmin şəxslərin Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmalarını sübut edən sənəd və videomateriallar aşkar edilib.