Qanunsuz ov edən 2 nəfər saxlanıldı


Digərləri 25 Sen 2018 14:05:00 246 0

Qanunsuz ov edən 2 nəfər saxlanıldı

Qanunsuz ov edən 2 nəfər saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Biləsuvar RPŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə Cəlilabad rayon sakinləri Səfər Əhmədovdan "Cifsan" və Çingiz Əliyevdən "TOZ-63" markalı müvafiq sənədləri olan ov tüfəngləri və 12 ədəd patron götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi (balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) ilə protokol tərtib edilib.