Rabitəbank biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq


Digərləri 25 Sen 2018 14:04:50 331 0

Rabitəbank biznes sahiblərinə manatla güzəştli kreditlər ayıracaq

Biznes kreditləri üzrə ölkənin qabaqcıl banklarından biri olan Rabitəbank sahibkarlara 8%-dan başlayan faiz dərəcəsi ilə kreditlər ayırmağı planlaşdırır.

Bakı. Biznes kreditləri üzrə ölkənin qabaqcıl banklarından biri olan Rabitəbank sahibkarlara 8%-dan başlayan faiz dərəcəsi ilə kreditlər ayırmağı planlaşdırır. Sahibkarların bizneslərini genişləndirmək məqsədilə Rabitəbank Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə müştərilərə uzun müddətli və güzəştli şərtlərlə manat kreditləri təklif edir. 2018-ci-ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu qeyri-neft sektorunun inkişafı və sahibkarları dəstəkləmək üçün kredit zəmanətlərinin verilməsini və faiz subsidiyalarına dair proseduru təsdiqləmişdir və Rabitəbank kredit zəmanətləri üzrə fondun müvəkkil bankı seçilmişdir. Yeni təsdiq olunmuş qaydalara əsasən Fond tərəfindən manatla alınan kreditlərə görə təminat veriləcək və faizlərin bir hissəsi Fond tərəfindən subsidiya formasında banka ayrılacaq. Nəticədə sahibkarlar Fondun zəmanət veridiyu kreditləri güzəştli faizlərlə əldə edə biləcəklər.