Peruda avtobus dərəyə yuvarlandı:


Dünya 25 Sen 2018 13:51:00 262 0

Peruda avtobus dərəyə yuvarlandı:

Peruda avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kusko şəhəri yaxınlığında avtobus digər nəqliyyat vasitəsi ilə toqquşub və 200 metrlik dərəyə yuvarlanıb.

Sərnişinlərdən 6 nəfəri yerindəcə həlak olub, bir nəfər isə xəstəxanada vəfat edib. Xəsarət alanlar arasında uşaqlar da var.