Azərbaycanda insanlar daha çox nədən ölüb, niyə şikəst qalırlar?


Digərləri 25 Sen 2018 13:49:00 259 0

Azərbaycanda insanlar daha çox nədən ölüb, niyə şikəst qalırlar?

Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, kardioloq-cərrah Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.