Bu il elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb FOTO


Digərləri 25 Sen 2018 13:33:00 391 0

Bu il elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb  FOTO

2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib.

O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.


Xəbərə aid fotolar