“Qızımı maşın vurub”


Digərləri 25 Sen 2018 13:38:37 287 0

“Qızımı maşın vurub”

Ayselin ölümü ilə bağlı heç kim mənə düz məlumat vermir.

Son.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında "Oskar" otelində qətlə yetirilən 21 yaşlı Aysel Orucovanın atası A.O deyib.

Onun sözlərinə görə, qızı ailəlidir: "Ayselin anası Ülviyyə ilə 10 il əvvəl ayrılmışam. Onunla ailə qurandan sonra aramızda problem yarandı. İki uşağımız olmuşdu - bir oğlan, bir qız. Baxdıq ki, bir yerdə yaşaya bilməyəcəyik, ayrıldıq. Mən ikinci dəfə ailə qurdum, yenidən 3 övladım dünyaya gəldi. Ülviyyə də uşaqlarını götürüb, Bakıya getdi. Bakıda kirayə qalırdılar.

İki il əvvəl Aysel ailə qurdu. Bir uşağı var. Həyat yoldaşı Laçın rayonundandır. Ülviyyə qəfildən zəng elədi ki, Aysel günorta saatlarında yol keçəndə maşın vurub, gətiririk. Hadisənin necə baş verdiyini bilmirəm, heç kim mənə düz məlumat vermir. Ayselin meyitini Bakıdan iki maşın gətirib. Maşının birində meyit və əri, o birisində isə Ülviyyə... Gətirib, düşürdük mənim həyətimə. Ayselin meyitini Ülviyyə ilə ana nənəsi yuyub, içəri başqa adam buraxmayıblar. Sonra da dəfn elədik".


Xəbərə aid foto