Paralimpiya idmançısı kömək istəyir: "Müalicə olunmasam, gücüm tamamilə tükənə bilər" FOTO


Digərləri 25 Sen 2018 13:10:00 311 0

Paralimpiya idmançısı kömək istəyir: "Müalicə olunmasam, gücüm tamamilə tükənə bilər"  FOTO

37 yaşlı Tural Qəhrəmanov miyopatiya xəstəliyinə mübtəla olub. Əzələ zəifliyindən sərbəst hərəkət edə bilmir, əlil arabasına məhkum olub. 

Son.az xəbər verir ki, iki qız atası olan Tural Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndində anadan olub.

Ali təhsil alıb, ixtisasca mühasibatçıdır. Lakin səhhəti işləməyinə imkan vermir. Deyir ki, davamlı müalicə almasa, gücü tamam tükənər. Müalicə üçün gərəkən dərmanlar isə çox bahadır. Bu səbəbdən də T.Qəhrəmanov Azərbaycan insanından kömək istəyir, müalicəsi və elektron əlil arabası almaq üçün:

"Elektron əlil arabasına ehtiyacım var, dərmanlarım cox bahadır, müalicə olunmasam, qollarımda və ayaqlarımda gücüm tamamilə tükənə bilər. Bütün bunlara baxmayaraq xəstəliyimlə mübarizə aparmaga calışıram. Boccia idman növü üzrə Azərbaycan paralimpiya idmançısıyam. Ən böyük arzum xarici dövlətlərdə üc rəngli bayrağımızı zirvələrə qaldırmaqdır. Bunun ücün sizlərin dəstəyinizə çox ehtiyacım var.

Xahiş edirəm Allah rizası ücün səhhətimi nəzərə alıb, müalicəm ücün və elektron əlil arabası almağıma imkanınız daxilində kömək edəsiniz. Fərq etməz neçə manat! Ürəyinizdən və əlinizdən gələn köməkliyinizi bu əlil qardaşınızdan əsirgəməyin. Hər şeyə görə əvvəlcədən sizə minnətdarlığımı bildirirəm".


Xəbərə aid fotolar