Qrız kəndində qədim Əbu Müslim məscidinin bərpası ilə bağlı nazirə müraciət olunub


Digərləri 25 Sen 2018 13:02:00 260 0

Qrız kəndində qədim Əbu Müslim məscidinin bərpası ilə bağlı nazirə müraciət olunub

Qrız kəndində qədim Əbu Müslim məscidinin bərpa olunması ilə bağlı nazirə müraciət olunub.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Qusar şəhərində Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinləri qəbul edib. Trend-in Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Xaçmazdan qəbula gələnlər rayonda dekorativ-tətbiqi sənəti ilə bağlı muzeyin yaradılması, səyyar sənətkarlıq kurslarının təşkil olunması, işlə təmin olunma, milli vokal qrupunun yaradılması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar. Quba sakinləri tərəfindən rayon Mərkəzi kitabxanasında aparılmış əsaslı təmirə görə minnətdarlıq ifadə olunub, həmçinin gözdən əlillər üçün xüsusi proqram və kitabxanalara yeni kitabların verilməsi, Qrız kəndindəki VIII-X əsrlərə aid Əbu Müslim məscidinin bərpa olunması və tarixi abidə kimi qorunması, Mühüc və I Nügədi kəndlərindəki məscid binalarının təmiri, “Atəşgah” xalq folklor kollektivinin rəsmi statusunun bərpa edilməsi barədə müraciətlər edilib.