Murad 10 il çalışdığı kanaldan getdi: "Detalları açıqlamayacağam..."


Şou-biznes 25 Sen 2018 12:47:00 250 0

Murad 10 il çalışdığı kanaldan getdi: "Detalları açıqlamayacağam..."

Bəstəkar-müğənni, aparıcı Murad Arif Lider TV ilə yollarını ayırıb.  Son.az xəbər verir ki, baku.ws-ə açıqlama verən M. Arif bildirib ki, bir müddət heç bir televiziya kanalında görünməyəcək: "Artıq 5-ci aydır ki, dövlət konsertləri istisna olmaqla, verilişlərdə aparıcı və ya qonaq qismində də görünmürəm. Söhbət yalnız "Lider"dən getmir. Ümumiyyətlə, qışa qədər televiziyalarda görünməyi sıfıra endirmək qərarındayam. Sadəcə olaraq, belə lazımdır. Detalları açıqlamayacağam. İnstaqram, Facebook səhifələrim və Youtube kanalımdan yeniliklər açıqlanacaq". Xatırladaq ki, M.Arif Lider TV-də çalışdığı 10 il müddətdə "Solo", "Status" kimi verilişlərin aparıcısı olub.  M.Arif hazırda "Youtube"da böyük marağa səbəb olan "Popumuz var" layihəsinin təqdim edir. Sözügedən layihə "MuzTV Azərbaycan" kanalında da yayımlanmaqdadır. 

Son.az