Şadlıq sarayında meyit tapıldı


Digərləri 25 Sen 2018 12:04:27 237 0

Şadlıq sarayında meyit tapıldı

Zaqatala rayonunda şadlıq evinin sanitar qovşağından kişi meyiti tapılıb. 

Son.az report-a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında, rayonun Göyəm kəndi ərazisində fəaliyyət göstərən "Aişə" şadlıq sarayının sanitar qovşağında aşkar edilib. 

İlkin araşdırma zamanı meyitin rayonun Abaylı kənd sakini, 1957-ci il təvəllüdlü Kamil Mehdi oğlu Kostiyevə məxsus olduğu məlum olub. Mərhum həmin şadlıq sarayında gözətçi vəzifəsində çalışırmış. Üzərində zorakalıq əlamətləri olmayan K.Kostiyevin ürəktutmasından öldüyü ehtimal edilir.