19 yaşlı gəlin körpəsi ilə evdən qaçdı


Digərləri 25 Sen 2018 12:07:00 258 0

19 yaşlı gəlin körpəsi ilə evdən qaçdı

Zərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb. 

Son.az report-a istinadən xəbər verir ki, rayonun "32 Hektar" adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Haciyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb. 

Yaxınları A.Hacıyevanın evdən qaçması ilə bağlı başqa rayonlarda yaşayan qohumları ilə əlaqə saxlasalar da heç bir xəbər olmayıb. Ailə bununla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.


Xəbərə aid foto