İzdivac verilişində görünməmiş olay


Digərləri 25 Sen 2018 11:03:00 232 0

İzdivac verilişində görünməmiş olay

Mən bura eşqimi axtarmağa gəlmişdim və mən sevgilimi tapdım.

Son.az Independent-ə istinadla xəbər verir ki, bu sözləri evlilik verilişinə çıxan gəlin namizəd izləyicilərini biseksual etirafı ilə təəccübləndirərkən söyləyib.

Vyetnamda yayımlanan evlilik verilişində qeyri-adi olay yaşanıb. Belə ki, gəlin namizəd öz xanım rəqibinə aşiq olub.

25 gəlin namizədin eyni anda iştirak etdiyi, Türkiyədə yayımlanan "Kismetse olur" tipli verilişin Vyetnam versiyasında Minh Thu adlı gəlin namizəd bütün diqqəti öz üzərinə çəkib. O, oğlanları bəyənmədiyini, biseksual olduğunu və verilişdə iştirak edən Truc Nhu-dan xoşlandığını etiraf edib. Thu əvvəl seçdiyi bəy namizədə yaxınlaşaraq ondan üzr istəyib və Nhunun yanına gedib.