İŞİD təhlükəsi YAXINLAŞIR Terrorçular indi də Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyirlər


Dünya 25 Sen 2018 10:54:00 300 0

İŞİD təhlükəsi YAXINLAŞIR  Terrorçular indi də Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyirlər

"İslam dövləti" (İŞİD) teror təşkilatı Mərkəzi Asiyada "xilafət"  yaratmaq istəyir. 

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə MDB Antiterror mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov bildirib. Bu barədə o, "İssık-Kul Antiterror-2018" təlimləri çərçivəsində keçirilən MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının antiterror bölmələri rəhbərlərinin müşavirəsində danışıb.

Andrey Novikovun sözlərinə görə, yaraqlılar regionda fəallaşmağa  çalışırlar.

Öz növbəsində, Qırğızıstanın baş nazirinin müavini Jeniş Razakov bildirib ki, terror təhlükəsi Mərkəzi Asiyada və ümumilikdə MDB ölkələrində uzunmüddətli xarakter alıb.