Elmar Məmmədyarov Yunanıstan və Qananın XİN başçıları ilə görüşüb (FOTO)


Digərləri 25 Sen 2018 10:50:00 280 0

Elmar Məmmədyarov Yunanıstan və Qananın XİN başçıları ilə görüşüb (FOTO)

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb.

Bakı. BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey ilə görüşüb. XİN-dən Trend-ə verilən məlumata görə, görüşlər zamanı bu ölkələrlə Azərbaycan arasında əməkdaşlığın mövcud səviyyəsi və gələcək inkişaf perspektivləri müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlara seçkilərdə qarşılıqlı dəstək mövzuları barədə fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin