Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı


Digərləri 25 Sen 2018 10:45:00 284 0

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Normativ hüquqi aktlar haqqında", Aviasiya haqqında", "İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Standartlaşdırma haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Vəkil və vəkillik fəaliyyəti haqqında", və s. qanunlara dəyişiklik layihələridir.