Azərbaycanda yerin təkinin istifadəsi qaydalarını pozanlar sərt cəzalandırılacaq


Digərləri 25 Sen 2018 10:44:00 206 0

Azərbaycanda yerin təkinin istifadəsi qaydalarını pozanlar sərt cəzalandırılacaq

Azərbaycanda yerin təkinin istifadəsi qaydalarını pozanlar sərt cəzalandırılacaq.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmağa görə yeni cəzalar tətbiq ediləcək. Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.