BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük uğurlar qazanılıb
Digərləri 25 Sen 2018 10:48:31 228 0
Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Bakı. Elçin Mehdiyev –
Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfransda deyib.
Qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatmasında çox böyük töhfə ola bilər.
Q.İsaqzai vurğulayıb ki, eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür:
“Artıq bu istiqamətdə də bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatmaqda hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az