Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək


Digərləri 25 Sen 2018 10:09:00 240 0

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək

Altıncı yarış günündə 100 kq çəki dərəcəsində Elmar Qasımovla Zelim Kotsoyev mübarizəyə qoşulacaqlar.

Bakı. Altıncı yarış günündə 100 kq çəki dərəcəsində Elmar Qasımovla Zelim Kotsoyev mübarizəyə qoşulacaqlar. Hər iki idmançı yarışa 1/32 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini isveçli cüdoçulara - müvafiq olaraq, Martin Paçek və Yoakim Dvarbiyə qarşı keçirəcəklər. Trend-in məlumatına görə, bu gün qadınların yarışında 78 kq çəkiyə malik cüdoçular da qüvvəsini sınayacaq. Azərbaycan millisi bu çəki dərəcəsində təmsil olunmur. İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq. Qasımov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də 2014-cü il Avropa çempionatının gümüş, 2012-ci il qitə çempionatının və 2017-ci il dünya çempionatının bürünc medalçısıdır. 27 yaşlı idmançı Dünya Turu seriyalı yarışlarda 5 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib. O, 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq, Azərbaycanın dövlət himnini səsləndirib.