Rəsmi Bakı bütün İƏT dövlətlərini işğal olunmuş torpaqlarda iqtisadi fəaliyyətə cəlb olunmaqla bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıb


Digərləri 25 Sen 2018 10:02:00 214 0

Rəsmi Bakı bütün İƏT dövlətlərini işğal olunmuş torpaqlarda  iqtisadi fəaliyyətə cəlb olunmaqla bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıb

Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir.

Bakı. Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir. XİN-dən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.