Dövlət Departamentinin əməkdaşı Madaqaskarda ölü tapılıb


Dünya 25 Sen 2018 08:50:00 223 0

Dövlət Departamentinin əməkdaşı Madaqaskarda ölü tapılıb

Amerikalı diplomat Madaqaskarın paytaxtı Antananarivudakı evində ölü tapılıb. Hadisənin detalları açıqlanmır, lakin ölkənin hüquq-mühafizə orqanları onun ölümündə şübhəli bilinən şəxsi tutublar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin bazar günü yayılan bəyanatında deyilir.

"Biz çox böyük təəssüf hissi ilə təsdiq edirik ki, ABŞ Dövlət Departamentinin əməkdaşı sentyabrın 21-nə keçən gecə öz evində ölü tapılıb", - deyə o bildirib.