Süni intellektli ilk prosessor yaradılıb


Digərləri 25 Sen 2018 08:55:00 265 0

Süni intellektli ilk prosessor yaradılıb

Çinin "Xiaomi" şirkətinin dəstəklədiyi "Huami" brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan "Huangshan No. 1" (MHS001) prosessorunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, çip süni intellekt vasitələrinə malik ilk məhsul hesab edilir. Söhbət inteqrasiya edilmiş neyron şəbəkəsindən gedir.

Bildirilir ki, prosessor 4 süni intellekt proqramına malikdir. Onlar ürək ritminin analizi, elektrokardioqram çəkilişi və s. kimi funksiyalara görə məsuliyyət daşıyırlar.  

Yeni çip "RISC-V" arxitekturasından istifadə edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, prosessor az enerji sərf edir ki, bu da daşınan qurğuların avtonom iş vaxtını artırmağa imkan verəcək.