Düyməli telefonların istehsalı artır


Digərləri 25 Sen 2018 08:15:00 276 0

Düyməli telefonların istehsalı artır

"Counterpoint Technology Market Research"in analitikləri smartfon və  "feature phone" sinfinə məxsus aparatlar (adi düyməli telefonlar) bazarında rüblük nəticələri açıqlayıblar.   Son.az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin aprel-iyun aylarında smartfon tədarükünün həcmi 2% azalaraq 363 milyon olduğu halda adi telefonların tədarük həcmi 5% yüksələrək 111 milyona yaxınlaşıb. Beləliklə, ümumilikdə mobil telefonlar bazarının həcmi 474 milyon təşkil edib.   Regionlar arasında yalnız Yaxın Şərq və Afrika ölkələrinin smartfon bazarında 14%-lik artım qeydə alınıb. Şimali və Latın Amerikasının smartfon bazarında 2017-ci ilin aprel-iyun ayları ilə müqayisədə 21% azalma qeydə alınıb.   Yaxın Şərq və Afrika ölkələrində, həmçinin düyməli telefonların tədarük həcmində böyük artım (17%) müşahidə edilib.   "Samsung" smartfon bazarında lider olaraq qalır. Cənubi Koreya şirkəti 3 regional bazarda (Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrika) birinci yeri tutmağa nail olub, Şimali Amerika və Asiyada isə "Apple" və "Huawei" şirkətlərinə uduzur.   "Apple" korporasiyasını geridə qoymuş Çinin "Huawei" şirkəti qlobal smartfon tədarükü üzrə ikinci yeri tutub.