Moskva İsrailin “göz yaşları”na inanmır


Dünya 25 Sen 2018 08:08:00 250 0

Moskva İsrailin “göz yaşları”na inanmır

Rusiya Müdafiə Nazirliyi İsrailin Suriyada İl-20 təyyarəsinin vurulmasında günahını sübut edən yeni məlumatlar açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Hmeymimdəki hərbi bazada yerləşən S-400 zenit-raket sistemindən əldə olunan məlumatlar hadisəyə görə günahın İsrail Hərbi-Hava Qüvvələri və bu qərarı verənlərin üzərinə düşdüyünü sübut edir.