iOS 12 ilə gələn yeniliklər və optimizasiyalar


Digərləri 25 Sen 2018 07:51:00 230 0

iOS 12 ilə gələn yeniliklər və optimizasiyalar

Apple şirkəti iOS cihazlar üçün yeni iOS12 versiyasını hər kəsə açıq olaraq yayımladı. iOS 12 Apple şirkətinin istehsal etdiyi 64bit cihazlar üçün nəzərdə tutulan yenilənmə idi. Yəni bu yenilənmə iPhone 5S və iPhone 6 üçün də nəzərdə tutulub.

Yenilənməyə ümumi nəzər yetirsək, Apple şirkəti bundan öncə olan iOS 11 versiyasının xeyli yaxşılaşdırılmış və daha stabil formasını bir neçə əlavələrlə təqdim edib. Burada əsas məqsəd iOS ilə çalışan bütün cihazların daha sürətli işləməsinə və performansında artım olmasına nail olmaq idi. Bu məqalə xüsusilə iPhone 5S və iPhone 6 cihazlarına sahib olanlar üçün həsr olunub. Bilindiyi kimi bu cihazlar Apple şirkətinin dəstək verdiyi ən köhnə cihazlardır. Bundan öncəki versiyada hər iki cihazda gözlə görüləcək dərəcədə yavaşlama və qeyri-stabillik müşahidə olunurdu. Hətta iOS 11 versiyasına sahib bir çox cihazların enerji saxlamasında da azalma olmuşdu. Bu, iPhone 5S və 6 istifadəçilərinin haqlı narazılığına səbəb olmuş və Apple şirkəti daha sonra telefonları yavaşlatdığını qəbul etmək məcburiyyətində qaldı.

Apple şirkəti bu dəfə iOS 12 versiyasını təqdim edərkən bu kimi halların aradan qaldırılacağını, versiyanı dəstəkləyən ən köhnə modellərdə performans artışı və sürətlənmə olduğunu vəd etmişdi. Apple şirkəti bu yenilənmə ilə tətbiqlərin 40%, kameranın 70%, klaviaturanın isə 50% daha sürətlə açılacağını qeyd etmişdi.

Son.az technote.az-a istinadən bildirir ki, yeni iOS 12 iPhone 5S cihazına qurulmuş və test edilmişdir. Əgər siz də, bu cihazda iOS 11 versiyasına sahibsizinsə, o zaman iOS 12 versiyasına yeniləməyiniz məsləhət görülür. Çünki bu versiya iOS 11-dən daha sürətli və stabil işləyit. Enerji sərfiyyatı daha da yaxşılaşdırılıb və cihazınızdakı batareyanın istifadə ömrü yaxşı vəziyyətdədirsə, iOS 11-ə nəzərən daha çox enerji saxlamaq imkanına malik olacaqsınız. Tətbiqlərin və telefonun açılma müddəti qısalıb, 3 və daha çox tətbiqdə eyni zamanda işləyirsinizsə, telefonda artıq donmalar müşahidə olunmayacaq. Klaviatura daha səlis və axıcı açılır. iOS 10 və daha aşağı versiyalara nəzərən isə iOS 12 çox yavaş çalışır.

Bu versiya ilə cihazların optimizasiyası daha da təkmilləşdirilmiş və cihazlar daha da sürətləndirilmişdir. Xüsusilə iPhone 5S və 6 cihazları əvvəlki versiyaya nəzərdən daha stabil və axıcı işləyir. Tətbiqlərin və kameranın açılma vaxtları qısalıb. Telefonun açılma müddəti isə iOS 11-ə nəzərən 20-30 saniyə daha azdır.

Performans

iOS 12 indiyə qədər yayımlanmış ən sürətli iOS versiya adlanır.

iOS 11 dəstəkləyən bütün cihazlar bu versiya ilə daha stabil, sürətli və axıcı olub.

Kamera 70% daha tez açılır. Klaviaturanın 50% daha tez işlək hala gəlir və yazı qabiliyyəti daha həssas olub.

Fotolar

Fotolar proqramında mövcud olan bölmələr yenilənib. Artıq bu bölmədə "Sizin üçün" və "Axtar" bölməsi mövcuddur. "Sizin üçün (For you)" bölməsində cihaz sizə şəkillər arasından seçimlər edərək "xatirələr" yaradır. Həmçinin şəkilləriniz arasında keçmiş tarixlərinə görə paylaşımlar etməyinizi "məsləhət görür". "Axtar" bölməsi təkmilləşdirilmiş axtarış etməyinizə yardımçı olur. Belə ki, bu bölmədə şəkillər arasında ada, çəkildiyi yerə, kateqoriyalara və qruplara uyğun axtarış edə bilərsiniz. Sistem şəkillərinizi ona uyğun olan kateqoriyalara bölür. iOS 12 ilə Fotolar proqramı daha da təkmilləşdirilib və "ağıllı" hala gətirilib.

Kamera

Portret modu daha da təkmilləşdirilib və artıq kamera ilə QR kodları skan etmək mümkün hala gəlib.

Mesajlar