'Captain Marvel' filminin ilk traileri yayımlandı VİDEO


Digərləri 25 Sen 2018 07:41:00 209 0

'Captain Marvel' filminin ilk traileri yayımlandı  VİDEO

Günlərin birində adi hərbi pilot vəzifəsində çalışan Carol Danvers-in DNT-ləri yadplanetli sivilizasiya olan Kri-nin DNT-ləri ilə birləşir. Nəticədə Carol qeyri-adi güclərə sahib olur.

Son.az technote.az-a istinadən bildirir ki, bundan sonra o, Kri sivilizasiyasının xüsusi təyinatına qoşulur və kainatın keşiyində durur. Lakin Skrull sivilizasiyasının Yer kürəsinə hücum etməsi səbəbilə Carol doğma planetə qayıtmalı olur. Rejissorları Anna Boden ilə Ryan Fleck-in olduqları filmdə baş rolları Brie Larson, Jude Law, Samuel L. Jackson, Ben Mendelsohn və digərləri canlandırıblar. "Captain Marvel" filminin premyerası gələn ilin Mart ayında baş tutacaq. Son.az

Videonu izləmək üçün şəklə klikləyin: