Gələn ildən Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq


Digərləri 25 Sen 2018 07:45:00 252 0

Gələn ildən Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sistemininin tətbiqinə 2019-cu ildən başlamaq planlaşdırılır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sisteminin tətbiqinə 2019-cu ildən başlamaq planlaşdırılır. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. C.Bayramovun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək. Nazir hazırda işçi qrupun sertifikatlaşdırmanın qaydaları, onun keçirilmə ardıcıllığı üzərində iş apardığını da söyləyib.