Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb


Digərləri 25 Sen 2018 07:16:00 242 0

Neftin qiyməti son 4 ildə maksimum həddə çatıb

"Brent" markalı Şimal dəniz neft qatışığının fyuçerslərinin dəyəri təqribən 4 il ərzində bir barelə görə 81 dollar göstəricisini ötüb.

Son.az "Report"a istinadən bildirir ki, bunu hərracların nəticələri göstərir.

Bazar ertəsi London birjasında "Brent"in noyabr fyuçersləri bir barelə görə 3,4% bahalaşaraq 81,43 dollara çatıb. Şimal dəniz nefti sonuncu dəfə 2014-cü ilin 12 noyabr tarixində 81 dollardan baha satılıb.